Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib...

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra Dünya Taekvondo Federasiyasının himni səsləndirilib və qurumun bayrağı nümayiş etdirilib. Ardınca Azərbaycanın nəhəng bayrağı gətirilib, Dövlət Himni səsləndirilib.

Hakimlərin və idmançıların andiçməsindən sonra Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çun çıxış edərək hər kəsi salamlayıb: "Burada çempionatın keçirilməsindən çox məmnunuq. Azərbaycanda və Bakıda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Prezident İlham Əliyevin dəstəyi nəticəsində bu idman növü ölkədə geniş vüsət alır".

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti təqdim olunub. O, taekvondonun dünyada ən məşhur idman növlərindən biri olduğunu söyləyib və onun insanların birliyi üçün əhəmiyyətli olduğunu söyləyib.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondonun ölkədə özünəməxsus yeri olduğunu və gənclərdə bu idman növünə marağın artdığını vurğulayıb. O, dünya çempionatının təşkilini Azərbaycana həvalə etdikləri üçün beynəlxalq federasiyaya təşəkkürünü bildirib. Federasiya rəhbəri idmançılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbovun dünya çempionatını açıq elan etməsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına bəxş etdiyi töhfələrdən bəhs olunan videoçarx göstərilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar