Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana həbs edildi

Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb...

Poliqon Teleqraf-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.

Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.

Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay