Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aztelekom”un rəhbəri dəyişib

Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru təyin edilib...

Oxu.Az xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.

T.Pirverdiyev, 2008-2009-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft-Qaz Constraction” şirkətində, 2009-cu ildən isə “Azercell Telecom” şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək “Azercell Telecom” şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.
T.Pirverdiyev, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə rəhbər təyin edilib. Bu vəzifədə də E.Niyazovu əvəz edib.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Poliqon.info


Etiket: “Aztelekom”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar