Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azər­bay­can ki­şi­lə­ri Av­ro­pa qa­dın­la­rı ilə ev­lən­mə­yi sev­mir“ - Psixoloq


Azər­bay­can­lı qız­la­rın əc­nə­bi­lər­lə ai­lə qur­ma­sı faktla­rı ço­xa­lır...


Azər­bay­can­da ai­lə hə­ya­tı qu­ran mü­a­sir gənclər da­ha əc­nə­bi­lər­lə ni­ka­ha so­yuq ya­naş­mır. Bu­nu son il­lər qey­də alı­nan faktlar da sü­but edir. Rə­qəm­lə­rə nə­zər ye­tir­dik­də be­lə qə­na­ə­tə gəl­mək olur ki, gənclər bey­nəl­mi­ləl ai­lə qur­maq­dan 20-30 il ön­cə­ki ki­mi çə­kin­mir.

Həm­çi­nin əc­nə­bi və və­tən­daş­lı­ğı ol­ma­yan­lar­la ni­ka­ha gi­rən azər­bay­can­lı­lar ara­sın­da qız­lar oğ­lan­lar­dan bir ne­çə də­fə çox­luq təş­kil edir.

Sta­tis­tik rə­qəm­lə­rə nə­zər sal­saq gö­rə­rik ki, son il­lər azər­bay­can­lı­lar­la əc­nə­bi­lər ara­sın­da bağ­la­nan ni­kah­la­rın sa­yı xey­li ar­tıb.

Qeyd edək ki, bey­nəl­mi­ləl ni­ka­ha is­ti mü­na­si­bət bəs­lə­yən mü­a­sir azər­bay­can­lı­lar se­vib-seç­di­yi əc­nə­bi oğ­lan­la­rın di­li, di­ni, ir­qi­nə fərq qoy­ma­yıb. Yə­ni, ata­lar de­miş­kən, "kö­nül se­vən göy­çək olar".

Azər­bay­can­lı xa­nım­lar əc­nə­bi­lər ara­sın­da da­ha çox Tür­ki­yə və İran və­tən­daş­la­rı ilə ai­lə qu­rur. Xa­nım­la­rı­mız­la ai­lə qu­ran əc­nə­bi ki­şi­lər ara­sın­da Al­ma­ni­ya, Bö­yük Bri­ta­ni­ya, Pa­kis­tan, Əf­qa­nıs­tan, İs­veç, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Hin­dis­tan, Sə­u­diy­yə Ərə­bis­ta­nı­nın və­tən­daş­la­rı da var.
Azər­bay­can xa­nım­la­rı­nın əc­nə­bi­lər­lə ai­lə qur­ma­sı hal­la­rı­nın artma­sı­nı mil­lət və­kil­lə­ri də tə­əs­süf his­si ilə di­lə gə­ti­rir. 

Mil­lət və­ki­li Mə­la­hət İb­ra­him­qı­zı Rep­ro­duk­tiv Sağ­lam­lı­ğa da­ir Mil­li Stra­te­gi­ya­nın il­kin la­yi­hə­si­nin mü­za­ki­rə­si­nə həsr olun­muş gö­rüş­də qız­la­rın küt­lə­vi ola­raq xa­ri­ci və­tən­daş­lar­la ai­lə qur­ma­sı haq­qın­da da­nı­şıb. 

 Psi­xo­loq Kö­nül Va­qif­qı­zı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, qız­la­rın ai­lə qur­maq üçün əc­nə­bi­lə­rə meyl et­mə­si psi­xo­lo­ji as­pektlər­lə bağ­lı­dır: "Mə­lu­mat üçün bil­di­rim ki, Azər­bay­can ki­şi­lə­ri Av­ro­pa qa­dın­la­rı ilə ev­lən­mə­yi sev­mir. Çün­ki əc­nə­bi qa­dın­lar­la bi­zim ki­şi­lə­rin ara­sın­da men­ta­li­tet fər­qi var. Azər­bay­can­lı qa­dın­lar xa­ri­ci­lə­rə ərə ge­dir. Çün­ki Av­ro­pa ki­şi­lə­ri­nin centlmen dav­ra­nış­la­rı var. Azər­bay­can­da bə­zi ki­şi­lər qa­dın­la dav­ra­na bil­mir. Qa­dı­na xə­ya­nət et­mək və s. mə­qam­lar azər­bay­can­lı ki­şi­lə­rin prob­le­mi­dir. Qa­dın­la­rı­mız bi­lir ki, əc­nə­bi ki­şi qa­dı­na baş­qa qiy­mət ve­rir. La­kin son­ra­dan bu­nun be­lə ol­ma­dı­ğı­nı gö­rən qa­dın­la­rı­mız prob­lem­lər­lə üz­lə­şir".

Həm­söh­bə­ti­mi­zin fik­rin­cə, qız­la­rın əc­nə­bi­lə­rə ərə get­mə­si sə­bəb­lə­rin­dən bi­ri də gü­vən­lə bağ­lı­dır: "Biz­də isə qa­dı­na mü­na­si­bət fərqli­dir. Bu da­nıl­maz faktdır. Bo­şan­mış qa­dın­lar ye­ni­dən ai­lə hə­ya­tı qur­maq üçün məc­bur əc­nə­bi­yə ərə ge­dir. An­caq azər­bay­can­lı ki­şi­lər bo­şan­mış qa­dın­la ai­lə qur­maq­dan ya­yı­nır. Bu cür mən­fi dü­şün­cə­lə­ri in­san bey­nin­dən sil­mək la­zım­dır".

Psi­xo­lo­qun de­di­yi­nə gö­rə, qız­lar əsa­sən Tür­ki­yə və­tən­da­şı ilə ai­lə qur­ma­ğa üs­tün­lük ve­rir: "O xa­nım­lar ara­sın­da ta­nın­mış si­ma­lar da var. Heç kim əc­nə­bi­lər­lə iz­di­va­ca qa­da­ğa qo­ya bil­məz, sev­gi azad­dır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar