Cümə, 24 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azersky” peyki ilə ölkədəki su təsərrüfatı sahələri monitorinq edilir

“Azersky” peyki vasitəsi ilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır.

Bu barədə nazirlikdən məlumat verilib.

İlkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub.

Peyk təsvirləri vasitəsi ilə kanal üzərindəki hidrotexniki qurğuların vəziyyəti qiymətləndirilib. Kanalın ətraf ərazilərində təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək dəyişikliklər analiz olunub, uyğun sxematik planlar hazırlanıb.

“Azersky” peyki vasitəsi ilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir. Peyk təsvirlərinin monitorinq nəticələri əsasında su anbarlarının həcminin müəyyən olunması, iqlim dəyişmələrinin göl və çayların su balansına təsiri, su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. “Azərkosmos” həmçinin işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının səmərəli istifadəsi üçün bölgədəki su anbarları, dağ gölləri və çayları peyk təsvirləri ilə monitorinq edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Siqareti oğurlayan generallarınızı da paylaşın” - Foto

Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?

Dövlətin böyük məbləğli tenderlərini udan Əlövsət Orucov kimdir?

Oqtay Əliyevin dəfnindəki bu kadr ŞOK ETDİ- Foto   

Laçın yoluna görə bu, ilk dəfə baş verir – Politoloq

Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

Oqtay Əliyev qəza anında… – Mehriban Zəki bunu İLK DƏFƏ açıqladı   

Azərbaycan Qarabağda “qızıl açarı” ələ keçirdi – Nələr baş verəcək?

Gömrük Komitəsinin “aeroport əməliyyatı” etiraz yaratdı – Böyük narazılıq

İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək

Ən çox oxunanalar