Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla İsrail arasında 200 milyon dollarlıq investisiya sənədi imzalanacaq

Mən Azərbaycanla İsrail hökumətini və xalqını bu tarixi gün, bu mərhələyə çatmaq münasibətilə təbrik edirəm.

Bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq bu ölkənin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İsraildə ilk dəfə səfirliyi münasibətlərimizdə vacib dönüş nöqtələrindən biridir.

"Səfirliyin açılması bizim indiyə qədər quruduğumuz bu dərin münasibətlərə də uyğun olacaq. Biz stateji, iqtisadi, mədəni sahələrdə və hökumətlər səviyyəsində bu əlaqəlıri qurmuşuq. Səfirliyin açılması münasibətlərimizdə yeni səhifənin başlanğıcıdır. Bu gün nazirlərimizin səmərəli görüşləri oldu. Onlar hədəflər müəyyənləşdirdi. Bizim nazirimiz cənab Kohen də vurğuladı ki, o İsraildən Azərbaycana səfər edən turistlərin sayının artmasını görmək istəyir. Bu gün bu rəqəm 50 mindirsə, gələcək illərdə bunun 150 minə çatmasını istəyirik", - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, biz həmçinin ölkələrimiz arasında nazirliklər səviyyəsində müxətlif məsələlər barədə, strateji məsələlər barədə strukturlaşdırılmış dialoqun fomalaşmasını istəyirik.

"Gələn ay, yaxın iki həftədə cənab Kohen Bakıya səfər edəcək və hökumətlərarası birgə komissiyanın iclasında nazir Cabbarovla birgə iştirak edəcək. Bu iclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Bu gün sizə açıqlamaq istəyirəm ki, imzalanacaq sənədlərdən biri maliyyə ilə bağlıdır ki, bu 200 milyon dollar İsrail investisyasının Azərbaycana gəlişini təmin edəcək. Bütün bunlar göstərir ki, biz münasibətlərimizdə yeni mərhələni qeyd edirik. Mən bu tarixi gündə iştirakdan çox qürur duyuram və inanıram ki, gələcəkdə birgə uğurlar əldə edəcəyik", - deyə Corc Dik bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar