Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın xilasetmə qrupu Kahramanmaraşda fəaliyyətə başlayıb - Yenilənib

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib...

Bu barədə “Report” “Ensonhaber”ə istinadən xəbər verir.

Bildirilir ki, xilasetmə qrupları təbii fəlakət bölgəsindədir.

Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Təbii fəlakətdən sonra ölkə üzrə bütün bölmələr hazırlıq vəziyyətinə gətirilib.

Daxili işlər naziri Süleyman Soylu dördüncü səviyyəli həyəcan siqnalının verildiyini və beynəlxalq yardımın da gələcəyini bildirib.

Azərbaycan yardıma tələsdi. Bu çərçivədə ilk yardım qardaş ölkə Azərbaycandan gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ilkin olaraq 370 nəfərdən ibarət yardım qrupunun göndəriləcəyi açıqlanıb.

Bu açıqlamadan sonra xilasetmə qrupları sürətlə Türkiyəyə çatmaq üçün hərəkətə keçib.

Azərbaycandan olan axtarış-xilasetmə qrupları zəlzələdən 15 saat keçməmiş Kahramanmaraş şəhərinə gəlib. Onlar qısa zamanda zəlzələ zonasına göndəriliblər. Hava limanına enən qruplar sürətlə zəlzələ bölgələrinə göndərilib”, - agentlik vurğulayıb.

***

Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələrin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb.

Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar