Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan milli komandası qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.

Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığma 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxıb.

Qeyd edək ki, milli komanda 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.

Bu, sərbəst güləşçilərin son 1 ayda ikinci uğurudur. 7 - 13 martda Bolqarıstanın Plovdiv şəhərində baş tutmuş U-23 Avropa çempionatında da müvafiq yığma komanda hesabında 1-ci yerə çıxıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar