Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın hansı rayonlarında neçə ballıq zəlzələ ola bilər? - Seysmoloji xəritə

Milyon ildən sonra burada nəhəng dağ əmələ gələcək...

Türkiyədə dəhşətli zəlzələlər olduqdan sonra ölkəmizdə də belə zəlzələlərin baş verib-verməyəcəyi geniş müzakirə olunur. Bəziləri hesab edirlər ki, Azərbaycan Türkiyədəki zəlzələ əraziləri ilə eyni qırılma xətti üzərində yerləşir. Hətta bunu bölgələrə ayıranlar da var.

Məsələnin elmi tərəfini öyrənmək üçün mütəxəssisə müraciət etdik.

Bu barədə Baku.ws-ə açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, indi hamı Türkiyədə baş verən zəlzələnin qırılma nöqtəsindən danışır. Əsas məsələ isə bu deyil.

Söhbət Azərbaycanın, Türkiyənin, Suriyanın, Ermənistanın yerləşdiyi Alp-Himalay qurşağından gedir. Burada qırılma, vulkanizm və seysmoloji aktivlik var:

“Bir qədər sadə dillə desək, yerin lavasının üzərində böyük torpaq sahələri hərəkət edirlər. Onlar da bəzən bir-birlərini itələyirlər. Bəzən bir-birilərinin üstünə çıxırlar. Bizim yerləşdiyimiz coğrafi ərazidə bu proseslər gedir. Milyon ildən sonra burada nəhəng dağ əmələ gələcək”.

Azərbaycanın coğrafi baxımdan seysmik xəritəsinə gəldikdə isə, bu, zonalar üzrə 4 kateqoriyaya bölünür.

Birinci kateqoriya 7 ballıq, ikinci 8, üçüncü 9, dördüncü isə 10 ballıq zəlzələlər üçün xarakterikdir.

Birinci kateqoriyaya Ağdam, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Laçın, Xankəndi, Şuşa, Ağcabədi, Şəmkir, Gəncə, Sumqayıt, NeftçalaXəzər dənizinin bir hissəsi aid olunur. Həmin bölgələrimiz üçün 7 ballıq zəlzələlərin baş verməsi xarakterikdir.

İkinci kateqoriya 8 ballıq zəlzələlərin aid olunduğu bölgələr daxildir. Həmin ərazilər bunlardır: Astara, Biləsuvar, Saatlı, Şirvan, Zərdab, Ucar, Ağdaş, Göyçay, Bakı, Xırdalan, Mingəçevir, Tərtər aid olunur.

Üçüncü kateqoriya 9 ballıq zəlzələlərin aid edildiyi ərazilərdir və həmin bölgələr bunlardır: Naxçıvan Muxtar Respublikası, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Salyan, İmişli, Kürdəmir, Ağsu, Yevlax, Daşkəsən, Kəlbəcər, Zaqatala, Balakən, Qazax, Ağstafa, Xaçmaz, Quba, Siyəzən.

Dördüncü kateqoriyaya aid edilən ərazilərimiz isə 10 ballıq zəlzələlərlə xarakterizə olunur və aşağıdakılardır:

Şamaxı, Şəki, Qobustan, Qubanın bir hissəsi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar