Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın daha bir karateçisi Avropa Oyunlarında iştirak hüququ qazanıb

Karate yarışları Minskin Çijovka-Arena kompleksində keçiriləcək

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında karate üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İyunun 21-30-da təşkil olunacaq yarışda təmsilçilərimizin sayı artırılıb.

Avropa Karate Federasiyasının Oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov 67 kq çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı siyahısına daxil edilib.

Beləliklə, 50 ölkədən 4000-dən artıq atletin 15 növ üzrə qatılacağı II Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı yarışda Rafiz Həsənovla yanaşı, Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Oyunlarının karate yarışları iyunun 29-30-da Minskin Çijovka-Arena kompleksində keçiriləcək.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ən çox oxunanalar