Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 17:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

PİA.az açıqlamaya istinadən xəbər verir ki, “ZƏFƏR” yolu: Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Quba: Marşrut üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəyif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı: Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, yolun Muğanlı ərazisində 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur, İsmayıllıQəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy: Hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən: Hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb. 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt - Astara: Marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

MasallıYardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur.

LənkəranLerik: Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur.

Bakı - Ələt – Hacıqabul - UcarYevlax - Gəncə - Qazax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar