Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıb

Sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “İnstagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok” və 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda əhalinin sosial mediadan istifadəsi müxtəlif aspektlərdən daim müzakirə edilir. Sosial medianın Azərbaycan seqmentində istifadəçi artımları ilə müşahidə edilən dinamika mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biridir.

Bildirilib ki, “Digital 2022: Azerbaijan” məlumatlarına görə, ötən ilin əvvəlinə ölkədə 5.2 milyon sosial media istifadəçisi var və bu ölkə əhalisinin 50,7%-nə uyğun gəlir. 2021-2022-ci illər ərzində sosial media istifadəçiləri 900 min nəfər artıb. Həmçinin "Meta"nın reklam məlumatları Azərbaycanda 1,6 milyon nəfər "Facebook" istifadəçisi olduğunu göstərib. Ölkədə "Facebook"un reklam kütləsinin 31,7%-i qadınlardan, 68,3%-i kişilərdən ibarətdir. “GlobalStats”ın məlumatlarından isə aydın olur ki, “İnstagram” və “YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlüyü təşkil edir.

STM tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir. (Sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).

Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. “Facebook” istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız “İnstagram” istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi).

Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9%-i, “YouTube” istifadəçilərinin 52,2%-i, “TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aiddir.

Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.

Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər. Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir.

Sorğu çərçivəsində respondentlərin orta hesabla günün neçə saatını sosial mediada keçirmələri də öyrənilib. Bu istiqamətdə ünvanlanan suala cavab olaraq, respondentlərin 42,5%-i 1 saata qədər, 38,9%-i 1-3 saat, 9,6%-i 3-5 saat, 8,6%-i gün ərzində 5 saatdan çox vaxt keçirdiklərini bildirib.

Sosial mediada 1 saata qədər vaxt keçirdiyini bildirənlərin əsas hissəsini qadınlar təşkil edir (49,7% qadın, 34,6% kişi). 5 saatdan çox vaxt keçirənlərin isə əsas hissəsi kişilərdir (41,7% qadın, 58,3% kişi). Həmçinin onlar arasında 18-35 yaş kateqoriyasına aid olanlar üstünlük təşkil edir.

pia.az 


Etiket: Sosial media


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay