Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sahibkar çobanı oğurlayıb fermasında girov saxladı

Ağstafa rayonunda sahibkar çobanı oğurlayıb fermasında qanunsuz saxlayıb...

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində baş verib.

Etibar adlı şəxs Qazax rayonundan olan Yaşar adlı sahibkarı oğurlayıb fermasına gətirib və əvvəlcə ona ayda 180 manat əməkhaqqı verəcəyini deyib. Yaşar həmin məbləğlə razılaşıb və Etibar onu fermada hamam kimi istifadə olunan yarımtikilidə saxlayıb.

Bir müddətdən sonra Etibarın iki qoyunu ölüb. O, bu hadisənin səbəbini Yaşarda görüb və bundan sonra ona əməkhaqqı verməyib. Yaşar fermadan getmək istəsə də, Etibar onun getməsinə icazə verməyib. Sahibkar Yaşarın mobil telefonunu alıb qırıb, sənədlərini isə özündə saxlayıb.

Bu yolla Etibar Yaşarı 1 il 2 ay fermada saxlayaraq ona xüsusi əzab verib, döyüb, təhqir edib.

Şəraitdən bezən Yaşar başqa şəxsdən telefon alaraq Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub, fermada girov saxlanıldığını deyib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar azad edilib, fermer isə saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar 6 il azadlıqdan məhrum edilib.

Poliqon.info

 




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay