Bazar, 28 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə Hava Şarları Festivalı keçiriləcək

İyunun 17-18-də Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək...

Bu barədə "Report"a Hava Şarları Festivalının Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, Şamaxı şəhərində baş tutacaq tədbirin ilk günü - iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq. İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.

"Bu, bölgəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər. Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu, sevinc və xoş emosiyalar bağışlayacaq. Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir. Bu ildən etibarən isə belə imkan Azərbaycanda da yaradılır. Bunun üçün sadəcə Şamaxıya gəlməyiniz kifayət edəcək", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir. Ənənəvi keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - Foto

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlandı 

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin detalları - Foto

Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - Video 

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb edilib

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - Video

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə cavab - Yenilənib

Ən çox oxunanalar