Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Estoniya XİN başçıları arasında məktub mübadiləsi olub

Azərbaycan Respublikası və Estoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets arasında məktub mübadiləsi baş tutub.

Bu barədə PİA.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında əlaqələrin ötən 30 il müddətində davamlı şəkildə inkişaf etdiyini bildirərək, qarşılıqlı yüksək səviyyəli səfərlərin, eləcə də ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının mövcudluğunun Azərbaycan və Estoniya arasında münasibətlərin müxtəlif sahələrdə möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Nazir, Azərbaycan - Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi gündəliyin müzakirə olunması üçün mühüm platforma olduğunu bildirib. Məktubda, həmçinin ənənəvi dostluq və qarşılıqlı anlaşma kimi möhkəm təməli olan və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qarşıdan gələn illərdə daha da inkişaf edəcəyinə dair inam ifadə olunub.

Öz növbəsində, nazir Eva-Mariya Liimets ölkələrimiz arasında əməkdaşlığın son 30 ildə inkişaf etdiyini bildirərək, ali təhsil və informasiya texnologiyaları sahələrində əməkdaşlıqda əldə olunmuş nailiyyətləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda gücləndirilmiş təhlükəsizlik və daha geniş regional əməkdaşlığa yönəlmiş səylərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən nazir, Estoniyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazir, ikitərəfli gündəlikdə olan bütün başlıca məsələlər üzrə əməkdaşlığın daha da irəli gedəcəyinə dair inam ifadə edib.

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar