Bazar, 28 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Ermənistan Baş nazirinin əsassız ittihamlarına cavab verib - Video

"Ermənistanın Baş naziri çıxışında ittihamlar səsləndirdi. Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm".

Poliqon.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistan Baş nazirinin ittihamlarına cavab verərkən bildirib.

“Lakin düşünürəm ki, bu, bir çoxlarına maraqlıdır. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Xankəndi-Laçın yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”, - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı diqqətə çatdırıb ki, bugünkü gün həmin o sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedirlər.

“Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, - Azərbaycan Prezidenti fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - Foto

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlandı 

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin detalları - Foto

Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - Video 

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb edilib

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - Video

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə cavab - Yenilənib

Ən çox oxunanalar