Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan karateçiləri Zalsburqda iki medal qazanıblar

Avstriyada təşkil olunan Karate1 Premyer Liqa turnirinin son günündə həlledici görüşlər keçirilib...

PİA.az-ın məlumatına görə, Azərbaycan karateçiləri Zalsburqdakı yarışda iki medal qazanıblar.

“Sporthalle Alpenstrasse" arenasında keçirilən turnirdə Rafiz Həsənov (67 kq) qızıl medala yiyələnib. O, finalda Luka Mareskaya (İtaliya) 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İrina Zaretska (68 kq) isə bürünc mükafat qazanıb. Milliləşən legioner üçüncülük mübarizəsində Linqlinq Tanqı (Çin) 4:0 hesabı ilə üstələyib.

Yarışın son günü mükafat görüşlərinə çıxan digər idmançılarımızdan Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) bürünc medal şanslarını əldən veriblər. Ayxan Mamayev qazaxıstanlı Daniyar Yuldaşevə 3:5, Asiman Qurbanlı isə misirli Mahmud Tarekə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. (Apasport.az )

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar