Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan sərhəddindəki son qarşıdurmada İranın rolu var?

Məlumata görə son təxribatda Ermənistan ilk dəfə olaraq İran PUA-larından istifadə edib...

Politoloq: “Tehranın gərginlik başlayan andan Azərbaycanla sərhəddə kəşfiyyat PUA-larını qaldırması son təxribatların pərdəarxasında həm də bu ölkənin olması ehtimallarını yüksəldir”.

“Qafanda İranın PUA təlimləri keçirməsi mümkündür. Onsuz da, biz İranın Ermənistana PUA satdığını bilirik”.

Bu sözləri politoloq Tural İsmayılov Azərbaycan-Ermənistan sərhəddindəki son təxribata İranın rolunu Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi aprelin 11-də Azərbaycan-Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşdi. Mediada yayılan məlumatlara görə, Ermənistan ilk dəfə olaraq İran PUA-larından istifadə edib. İranın Ermənistanı həm də PUA ilə təmin etdiyi haqda xeyli müddətdir iddialar yayılır. Həmçinin, Qafandakı konsulluq adı altında İranın hərbi təlim mərkəzində erməni hərbiçilərinə PUA təlimləri keçmələri barədə də iddiala mövcuddur.

Bütün bunları nəzərə alaraq demək olarmı ki, aprelin 11-də baş verən qarşıdurmada İranın rolu var?

İranın Azərbaycana qarşı atdığı növbəti təxribatçı addımı Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İran Ermənistana PUA-larla kömək etməklə Ermənistanın Azərbaycan qarşısında zəif qalmasını istəmir”.

Azərbaycan tərəfinin hələlik təmkinli davrandığını və mövcud geosiyasi vəziyyəti nəzərə aldığını vurğulayan politoloq bildirib ki, xüsusilə də, Türkiyədə seçkilər öncəsi olması, İsraillə Fələstin arasında gərginliyin yenidən alovlanması, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması və s. kimi geosiyasi faktorlar Bakının diqqət mərkəzindədir:

Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Xüsusilə xarici ölkələrin dəstəyini alan və davamlı surətdə silahlanan Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi sonrası regionda yaranan yeni reallıqları dəyişmək üçün bütün yollara əl atır.

Son təxribatların ardında hansısa ölkə və ya ölkələrin olması mümkündür. İlkin ehtimal kimi iki ölkənin - Fransa və İranın adını çəkmək olar. Məsələ ondadır ki, rəsmi Paris Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən əsas aparıcı ölkədir. Fransa Ermənistanı hər vəchlə Azərbaycanla gərginliyə sürükləyir, siyasi, maliyyə və hərbi dəstəyini də əsirgəmir. 44 günlük müharibə zamanı da Parisin bu formada Ermənistana dəstək verdiyi bəllidir.

İrana gəldikdə isə, Tehranın gərginlik başlayan andan Azərbaycanla sərhəddə kəşfiyyat PUA-larını qaldırması son təxribatların pərdəarxasında həm də bu ölkənin olması ehtimallarını yüksəldir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir.

Məsələ ondadır ki, kəşfiyyat PUA-larının havaya qalxmasının Azərbaycan Ordusunun əməliyyat şəraiti ilə bağlı Ermənistana məlumat vermək məqsədi daşıdığı şübhəsizdir. İran Ermənistana PUA-larla kömək etməklə Ermənistanın Azərbaycan qarşısında zəif qalmasını istəmir. Tehran istəyir ki, insidentlər zamanı bərabər səviyyədə döyüşlər olsun. Bununla da, İran Azərbaycan ordusuna ciddi zərər vurmaq istəyir. Təsadüfi deyil ki, Tehran bənzər dəstəyi 44 günlük müharibə zamanı da etmişdir.

Turan Rzayev: “Azərbaycan Silahlı Qüvvələri həm PUA üstünlüyünə malikdir, həm də ordumuz PUA-larla müdafiə baxımından üstün mövqedədir”.

Qafanda İranın PUA təlimləri keçirməsi mümkündür. Onsuz da, biz İranın Ermənistana PUA satdığını bilirik. Amma İranAzərbaycan PUA-ları arasında kifayət qədər fərq var. Çünki Azərbaycan İsrail və Türkiyə istehsalı olan adları açıqlanan və açıqlanmayan PUA-lardan istifadə edir. Azərbaycan Silahlı Qüvvələri həm PUA üstünlüyünə malikdir, həm də ordumuz PUA-larla müdafiə baxımından üstün mövqedədir.

Nəticə etibarilə demək olar ki, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür.

Azərbaycan tərəfi hələlik təmkinli davranır və mövcud geosiyasi vəziyyəti nəzərə alır. Xüsusilə də, Türkiyədə seçkilər öncəsi olması, İsraillə Fələstin arasında gərginliyin yenidən alovlanması, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması və s. kimi geosiyasi faktorlar Bakının diqqət mərkəzindədir.

Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə qələbə qazanmamızda ən böyük paylardan biri də şübhəsiz geosiyasi vəziyyətin nəzərə alınması və vaxtın düzgün seçilməsi idi. Şərtlər böyük ölçüdə lehimizə keçmədən Ermənistan təxribatlarına uymaq və genişmiqyaslı əməliyyatlara başlamaq məqsədəuyğun deyil. Bununla belə, rəsmi Bakının Ermənistanın təxribatlarına cavabsız qalmayacağı bəllidir. Təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan da Ermənistana adekvat cavab zərbələri vura bilər. Genişmiqyaslı bir toqquşma gözlənilməsə də, vaxtaşırı bu tipdə lokal gərginliyin olması mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar