Çərşənbə axşamı, 06 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan münasibətləri... - Sülhə mane olan əsas faktorlar nələrdir?

Ermənistan Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi...

Politoloq: “Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasını artıq etiraf edib və sülhə razıdır. Amma məsələnin ikinci tərəfi var. Bəs erməni cəmiyyəti buna hazırdırmı?”.

“Sülh danışıqları prosesinin özü də asan keçməyəcək. Yəni, deyə bilmərik ki, yaxın vaxtlarda bu məsələ tam yekunlaşacaq, ortaya nəticə qoyulacaq”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın sülh hazırlığını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb.

Bəs həqiqətənmi, Ermənistan sülhə hazırdır və bu sülhə mane olan əsas faktorlar nələrdir?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Sülh prosesi bir müddət vaxt alacaq. Amma son nəticədə əhali də barışmalı olacaq”.

Sülh danışıqları prosesində önəmli məsələlərdən birinin də, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı olan iddiaları olduğunu xatırladan politoloq bildirib ki, Yerəvan bu iddialardan əl çəkməlidir:

“Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasını artıq etiraf edib və sülhə razıdır. Amma məsələnin ikinci tərəfi var. Bəs erməni cəmiyyəti buna hazırdırmı? Xeyir, erməni cəmiyyəti buna hazır deyil. Erməni cəmiyyətində birlik yoxdur. Bir kəsim deyir ki, sülh olmalıdır, artıq qan tökülməməlidir. Ermənistan Azərbaycanın, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır.

İkinci bir kəsim isə revanşist, ultra millətçi kəsimdir. Onlar bu məsələyə fərqli yanaşırlar. Onlar deyirlər ki, Azərbaycanla sülh ola bilməz, Azərbaycan Qarabağı istəyə bilməz və s. Bunların da hamısı uzun illərdir onların beyninə dolan bir prosesdir. İndi isə biz bunun qarşısını almağa çalışırıq. Amma bu çətin məsələdir və asan iş deyil. Bu məsələ uzun vaxt çəkəcək.

Sülh danışıqları prosesinin özü də asan keçməyəcək. Yəni, deyə bilmərik ki, yaxın vaxtlarda bu məsələ tam yekunlaşacaq, ortaya nəticə qoyulacaq. Çünki Azərbaycan məsələyə obyektiv yanaşır və beynəlxalq hüququ əsas tutur. Amma bu məsələdə Ermənistanın mövqeyi Azərbaycan qədər şəffaf deyil.

Samir Hümbətov: “Uzunmüddətli prosesdən sonra nəticənin uğurlu ola biləcəyini ehtimal etmək olar”.

Bəzi nüanslar var ki, onlar Ermənistan tərəfindən yerinə yetirilməlidir. Məsələ, sülh danışıqları razılaşdırılsa, sülh müqaviləsi imzalansa, bu məsələ parlamentdə ratifikasiya olunmalıdır. Bundan başqa sülh danışıqları prosesində önəmli məsələlərdən biri də, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı olan iddialarıdır. Yerəvan bu iddialardan əl çəkməlidir.

Bütün bunların hamısı həyata keçməlidir. Amma gəlin görək Ermənistan bu məsələləri həyata keçirmək istəyirmi? Paşinyan bu sədləri aşa biləcəkmi? Buna görə də düşünürəm ki, Nikol Paşinyanın istəyində müsbətə doğru irəliləyir olsa da, erməni cəmiyyətinin hamısı bunu istəmir.

Düşünürəm ki, buna görə sülh prosesi bir müddət vaxt alacaq. Amma son nəticədə əhali də barışmalı olacaq. Hesab edirəm ki, uzunmüddətli prosesdən sonra nəticənin uğurlu ola biləcəyini ehtimal etmək olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaşıllığa qənim kəsilən deputat Ağalar Vəliyevin qalmaqallı tarixçəsi

Azərbaycanda bəzi cərimələr artırılır - Siyahı

Ukrayna əks-hücum kimi görünən hücumlara başlayıb...

Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək

Baba Pünhanın qızı Elşən Binəqədini ittiham etdi - Video

Türkiyədə seçkidən bir gün əvvəl mayor ölkəni qarışdırıb, MİT hərəkətə keçib...

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - Video

Putinin peyğəmbərliyi: Kaxovka SES-in partladılmasından sonra FTX “çirkli bomba” tapıb...

Sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtinaya görə cərimə artırılır...

Musa Avsevər Türkiyə SQ-nin Baş Qərargah rəisi təyin edilib

Ən çox oxunanalar