Çərşənbə axşamı, 06 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat elan olunub

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək...

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən 5 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Bu barədə Poliqona Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə sabah başlayacaq və bu barədə məlumat veriləcək.

Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaşıllığa qənim kəsilən deputat Ağalar Vəliyevin qalmaqallı tarixçəsi

Azərbaycanda bəzi cərimələr artırılır - Siyahı

Ukrayna əks-hücum kimi görünən hücumlara başlayıb...

Türkiyədə seçkidən bir gün əvvəl mayor ölkəni qarışdırıb, MİT hərəkətə keçib...

Baba Pünhanın qızı Elşən Binəqədini ittiham etdi - Video

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - Video

Putinin peyğəmbərliyi: Kaxovka SES-in partladılmasından sonra FTX “çirkli bomba” tapıb...

Musa Avsevər Türkiyə SQ-nin Baş Qərargah rəisi təyin edilib

Sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtinaya görə cərimə artırılır...

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib

Ən çox oxunanalar