Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-ın vitse-prezidenti: İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib

İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib...

Bunu “Report”un Qərb bürosuna açıqlamasında avqustun 8-də Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.

O, H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib:

“Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökumə Əliyeva, həqiqətən, böyük qəhrəmanlıq göstərib. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməyinə baxmayaraq, uçuş heyəti böyük fədakarlıq göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər.

İdarəetməsi çətinləşən təyyarəni 1 saat 10 dəqiqə havada saxlamaq böyük peşəkarlıq tələb edir. Ona görə də heyət üzvlərinin qəhrəmanlığı qeyd olunmalıdır.

Həmin təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat davam edir. Lakin təhqiqatı aparan komissiyanın ilkin nəticələri təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib”.

Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay