Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə sisteminin bərpasına çalışılır

"Hazırda işğaldan azad olunmuş ərazilərə xüsusi diqqət ayırılır. Meşə və yaşıllıq ərazilərinin artırılması, ekoloji monitorinq və hidrometeoroloji müşahidə sisteminin bərpası və müasirləşdirilməsi istiqamətində çalışmalar aparılır".

Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, ətraf mühitin mühafizəsi Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olaraq daim diqqətdə saxlanılan məsələdir və bu, olduqca əhəmiyyətli istiqamət Azərbaycanda bütün sahələrdə ekoloji problemlərin həllinə, dayanıqlı inkişafa şərait yaradır: "Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün-İDEA-nın təsisçisi Leyla Əliyevanın da bu sahədə xidmətləri, önəmli təşəbbüsləri qeyd olunmalıdır".

O vurğulayıb ki, ötən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif strateji proqramlar çərçivəsində fəaliyyətin təşkili və ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb və strateji hədəflərə çatmaq üçün bu işlər davam etdirilir: "Su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi, tullantıların idarəolunması, biomüxtəlifliyin mühafizəsi, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən avtonəqliyyat vasitələrindən atılan tullantıların azaldılması ilə bağlı addımlar atılır. Hazırda işğaldan azad olunmuş ərazilərə xüsusi diqqət ayırılır. Meşə və yaşıllıq ərazilərinin artırılması, ekoloji monitorinq və hidrometeoroloji müşahidə sisteminin bərpası və müasirləşdirilməsi istiqamətində çalışmalar aparılır".

"Həmçinin, biomüxtəlifliyə dəymiş ziyanın aradan qaldırılması və onun dirçəldilməsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası, flora və fauna növlərinin dayanıqlı inkişafının təmin olunması proqramı çərçivəsində reintroduksiya layihələrinin həyata keçirilməsi davam edir. Düşünürəm ki, bu sahənin prioritet seçilməsi yaxın zamanda işğaldan azad olunmuş ərazilərdə ekoloji bərpa prosesinin gözəçarpan olacağına gətirib çıxaracaq”, - müşavir əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar