Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayxan Hacızadə: "Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik"

"Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik".

Poliqon.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü və mətbuat brifinqi zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir.

A.Hacızadə bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya “etnik təmizləmə” və “soyqırımı” törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.

"Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - A.Hacızadə vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar