Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamenti ABŞ-ni Avropa seçkilərinə müdaxilə etməməyə çağırıb

Brüssel Vaşinqtondan seçki proseslərinə təsir göstərməməyi tələb edir və mümkün xarici müdaxilələrə qarşı tədbirlərin hazır olduğunu bildirir...

Poliqon xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola Brüsselin ABŞ-dən Avropa ölkələrində keçiriləcək seçkilərə müdaxilə etməməsini istədiyini açıqlayıb. O, bu barədə Politico nəşrinə müsahibəsində danışıb.

ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələri ilə bağlı Brüsselin hansı variantı üstün tutduğu barədə suala cavab verən Metsola bildirib ki, bu məsələ amerikalı tərəfdaşlarla müzakirə olunur. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-də keçiriləcək seçkilərlə bağlı hər hansı istiqamətləndirici mövqe bildirmədiyi kimi, Vaşinqtondan da Avropadakı seçki proseslərinə münasibətdə eyni yanaşmanı gözləyir.

Avropa Parlamentinin sədri eyni zamanda xəbərdarlıq edib ki, əgər Brüssel seçkilərə xarici müdaxilə və ya seçici iradəsinin manipulyasiyası cəhdlərini aşkar edərsə, buna qarşı mübarizə aparmaq üçün zəruri hüquqi və texniki alətlər mövcuddur və onlardan istifadə olunacaq.

Son dövrlərdə ABŞ-nin Avropa seçkilərinə mümkün təsiri məsələsi Avropa mediasında geniş müzakirə olunur. Xüsusilə ABŞ dövlət katibi Marco Rubionun ötən həftə Macarıstan və Slovakiyaya səfərlərindən sonra bu mövzu daha da aktuallaşıb. Brüsseldə belə bir narahatlıq var ki, ABŞ Avropada keçiriləcək seçkilər zamanı sağ və sağ-liberal siyasi qüvvələrə açıq və ya dolayı dəstək göstərə bilər.

Müşahidəçilərin fikrincə, seçki proseslərinə xarici təsirlərlə bağlı artan həssaslıq Avropa İttifaqının informasiya təhlükəsizliyi və demokratik institutların qorunması istiqamətində daha sərt mövqe tutduğunu göstərir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay