Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2024: İsveç - Azərbaycan oyununda ikinci qol vurulub - Yenilənib

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub...

“Report” xəbər verir ki, meydan sahibləri ikinci dəfə fərqlənməyə müvəffəq olublar.

Daha doğrusu, Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.

İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

***

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

“Report” xəbər verir ki, meydan sahibləri fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.

38-ci dəqiqədə Emil Forsberq fərqlənib.

***

“Report” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı fransalı Stefani Frapparın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hein, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starferlt, 16. Yesper Karlström, 20. Kristoffer Olsson, 22. Robin Quayson

Baş məşqçi: Yan Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar