Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasından əvvəl Parisdə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib...

Poliqon.info AZƏRTAC-a istinadən xəbər verir ki, “Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə” adlı məruzənin müzakirəsində UNESCO təmsilçisi də iştirak edib. AŞPA-nın ukraynalı məruzəçi Yevheniya Kravçuk hazırladığı məruzədə əsas diqqəti öz ölkəsinə yönəltsə də, müzakirələrdə oxşar problemin digər üzv ölkələrdə törətdiyi fəsadlardan geniş danışılıb. Müzakirələrdə iştirak edən komitənin üzvü Rafael Hüseynov çıxışında bildirib ki, hər xalq öz mədəni irsini yaratsa da, ümumilikdə mədəni irs bəşəri xarakter daşıyır və hamıya məxsusdur. Ona görə də mədəni irsi qorumaq hər kəsin borcudur.

Azərbaycanın son 30 ildə məruz qaldığı işğal zamanı mədəni irsinə də ciddi zərbələr dəydiyini bildirən Rafael Hüseynov konkret faktlara müraciət edərək, avropalı deputatlara mədəni irsimizə dəyən ziyandan söz açıb, erməni işğalçılarının mədəni irs abidələrimizi dağıtmalarından danışıb. Bildirilib ki, Ağdamın Boyəhmədli kəndində 2200 il yaşı olan heykəl yerlə-yeksan edilib. Qeyd edilib ki, bu abidənin yaşı onun beynəlxalq əhəmiyyətə malik abidə olduğunu göstərir.

Ərazilərimizin 20 faizinin erməni işğalı altında olduğu 30 ilə yaxın müddətdə mədəni irsimizə dəymiş ziyanın nəhəng miqyasını rəqəmlərlə diqqətə çatdıran azərbaycanlı deputat bu dövrdə Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən çox mədəniyyət nümunəsinin yararsız hala salındığını və qəsb edildiyini, 500-dək tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin dağıdıldığını vurğulayıb. Azərbaycan mədəni irsinə Ermənistan tərəfindən vurulan ziyanlar barədə hələ 2001-ci il iyunun 27-də Parlament Assambleyasında “Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi” adlı 9147 saylı ayrıca tövsiyə üçün təklif hazırladığını diqqətə çatdıran R. Hüseynov son dövrlərdə erməni tərəfinin guya onların mədəni irsinə zərər vurulması ilə bağlı bəyanatların əsassız, zərər vuranı saxtakarcasına zərərçəkmiş kimi göstərmək cəhdi olduğunu diqqətə çatdırıb.

Rafael Hüseynov Azərbaycanın mədəni irslə bağlı məsələlərə həmişə həssaslıqla yanaşdığını bildirib.

Pliqon.info


Etiket: AŞPA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar