Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

Hərbi cinayətkar Araik Arutunyan Moskvaya növbəti səfərindən qayıdandan sonra ətrafındakı quldurları müharibəyə hazırlaşmaq üçün silahlanmağa çağırıb...

Qarabağdakı erməni separatizminin başında duran Araik Arutunyan Moskvaya növbəti səfərindən Xankəndiyə qayıdıb.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, erməni separtizminin siması Arayik Arutyunyan “blokada” şəraitində Moskvaya növbəti dəfə səfər edib və geri döndükdən sonra ən yaxın ətrafına istefa mövzusunun hələlik qapalı olduğunu deyib.

Bunun əvəzinə isə Moskvadan aldığı yeni təlimatları dilə gətirən Arutunyan separatçıları uzun müddət davam edəcək sərt müqavimətə hazırlaşmağa çağırıb. Araik bildirib ki, müharibəyə hazırlaşmaq üçün onlar silahlanmalıdırlar:

“Biz uzun və sərt müqavimətə hazırolmalıyıq, qarşıdan gələn müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”, deyə “Hraparak” qəzetinin yazdığına görə Arutyunyan bildirib.

Nəşr əlavə edib ki, Arutyunyan Azərbaycanla inteqrasiyanı tamamilə istisna edib.

Qəzetin yazdığına görə, Araik Qarabağdakı ermənilərin dilemma qarşısında qaldığını deyib: “Ya “Artsax”ı tərk etməliyik, ya da müstəqillik uğrunda döyüşərək lazım gələrsə canımızdan keçməliyik”, deyə separatizmin başı Moskvadan geri döndükdən sonra vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar