Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edilib

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib...

“Report”un Ankara Bürosuna bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.

Məlumata görə, ana və qızının səhhəti normaldır:

“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”.

Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.

Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.

N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatıb, 12 068 insan xəsarət alıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar