Dostu, arvadı, qonşusu tərəfindən öldürülən jurnalistlər - Siyahı

Jurnalistika ölüm riskinin yüksək olduğu sahələrdən biridir
Yaşadıqları cəmiyyətin, ölkənin və qlobal miqyasda dünyanın probemlərini qabardan jurnalistlər tez-tez özləri də problemlərlə üzləşirlər. Söz  və mətbuat azadlığının düşməni olan repressiv rejimlər, harınlamış məmurlar, mütəşəkkil cinayətkar dəstələr, geridəqalmış təfəkkürə malik asossial tiplər öz peşə borcunu vicdanla yerinə yetirən jurnalistin həyatına son qoya bilər. Ötən gün Azərbaycan cəmiyyəti jurnalist Rasim Əliyevin faciəli ölümü ilə sarsıldı. Facobook-dakı səhifəsində “Qəbələ” klubunun oyunçusu Cavid Hüseynovu “Appolon” klubu ilə matçdan sonra kiprli jurnalistə göstərdiyi əl jestinə görə “əxlaqsız və tərbiyəsiz futbolçu” adlandıran  Rasim Əliyev onun tanışları tərəfindən döyülüb. Məişət zəminində baş verən bu hadisə sonda  jurnalistin ölümü ilə nəticələnib. PİA.AZ bildirir ki,  Modern.az saytı siyasi, yaxud hərbi səbəblərdən deyil, Rasim Əliyev kimi məişət zəminində öldürülən jurnalistlərin siyahısını təqdim edir.  Bu qəbildən olan ən son cinayət Rusiya Federasiyasının Çeboksarı şəhərində qeydə alınıb. Belə ki, iyunun 19-da “Moskovskiy Komsomolets Çeboksarda” qəzetinin baş redaktor müavini Eduard Didiçenko öz həyat yoldaşı tərəfindən qətlə yetirilmişdi. 46 yaşlı qadın süfrə başında yaranan qəfil söz davası zamanı bıçaqla jurnalisitn boyun nahiyəsinə zərbələr endirmişdi. Eduard Didiçenko hadisə yerindəcə vəfat etmişdi. İstintaq yazdığı tənqidi yazılara görə Çeboksarı meriyası ilə gərgin münasibətlərdə olan 49 yaşlı jurnalistin qətlinin məişət zəmində törədildiyini müəyyən edib.    2015-ci il aprelin 13-ü gecə radələrində Ukraynada “Obkom” internet portalının həmtəsisçisi jurnalist Sergey Suxobok öldürülüb. Aparılan araşdırmalar döyülərək öldürülən jurnalistin qətlində onun qonşularının müqəssir olunduğu aydınlaşdırıb.“Mərhum dostunun bağ evində yaşayırdı. O bir neçə ay idi ki, qonşuluğundakı iki kişi ilə münaqişədə idi. Cinayət günü həmin şəxslər Suxobokoyun evinə qonaq gəlmiş və spitrli içki qəbul etmişdilər. Tərəflər arasında söhbət əsnasında yaranan mübahisə tezlkilə fiziki şiddətlə əvəzlənib. Əvvəlcə bağ evində, sonra isə küçədə döyülən Sergey Suxobok aldığı xəsarətlərdən yerindəcə keçinmişdi. Cinayətkarlar isə hadisə yerini tərk edərək, öz içki məclislərinə davam ediblər”-deyə araşdırmada qeyd edilir. Cinayəti törədən şəxslər həbs olunub və yaxın aylarda məhkəmə qarşısına çıxacaq.2014-cü ilin iyulunda Rusiyada daha bir jurnalist, “Podmoskovye 360” telekanalında yayımlanan “Videoregistrator” verilişinin aparıcısı Andrey Rıbakin dostu ilə yaranmış münaqişə zamanı öldürülmüşdü. Araşdırmalar zamanı aydın olmuşdu ki, cinayəti jurnalistin yaxın dostu Anton Qurtits törədib. Tez-tez görüşən dostlar həmin gün spitrli içki qəbul ediblər və bu əsnada onlar arasında münaqişə yaşanıb. Qurvits dostuna bir neçə yumruq zərbəsi vurduğunu və 25 yaşlı Rıbakinin zərbələrdən yerə yıxılaraq xırıldamağa başladığını xatırlayır. Dostunun öldüyünü görən cinayətkar mənzildəki pul və notbuku götürərək oranı tərk edib.Jurnalistlərin ölümünə yol açan məişət münaqişələri Türkiyədə də rast gəlinir. Düzdür, şimal qonşumuz Rusiya ilə müqayisədə müasir Türkiyədə jurnalistlərin öldürülməsi nadir hallarda olsa da, sıfıra enmiş deyil. Bu il fevralın 17-də İstanbulda baş verən faciəli hadisə buna əyani nümunədir. Həmin gün “Hüriyyət”, “Radikal” və “Sabah” qəzetləri ilə əməkdaşlıq etmiş jurnalist Nuh Köklünün şaxtalı havada qartopu oynaması onun ölümünə səbəb olub. Atdığı qartoplarından biri küçədəki dükanlardan birinin şüşəsini qırdığı üçün dükan sahibi ilə jurnalist arasında mübahisə yaranır. Serkan A. adlı dükan sahibi mübahisənin sonunda 46 yaşlı Köklüyə bıçaq xəsarətləri yetirərək, onu öldürür.Qartopuna görə öldürülən Nuk Köklününü heykəli cinayətin törədildiyi ərazidə ucalır.2003-cü il oktyabrın 9-da rusiyalı jurnalist Aleksey Sidorov məişət zəmnində yaranmış mübahisənin qurbanı olub. “Tolyattinin icmalı” qəzetinin baş redaktoru olan Sidorov həmin gün küçədə spitrli içki qəbul edib. İstintaqın məlumatına görə, bu zaman jurnalistə yaxınlaşan 2 nəfər şəxs Sidorovdan onlara da spirtli içki verməsini xahiş edib. Lakin rədd cavabı alıblar. Bundan qəzəblənən cinayətkarlar Aleksey Sidorov evinə yolanan zaman onu arxadan izləyiblər və soyuq silahla bel nahiyəsinə zərbələr endiriblər. Nəticədə kiçik məişət mübahisəsi jurnalistin həyatına son qoyub.pia.az