Mingəçevir teatrında biabırçılıq - direktor xadimələri obyektində... - Video

Halbuki işləməli deyillər
Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru Asim Muxtarov Ölkə.Az saytının elektron ünvanına maraqlı video və məktub göndərib. Aktyor bildirib ki, sözügedən video bir müddət öncə teatrın zirzəmisində fəaliyyət göstərən "Premyer" studiyasında çəkilib:"Teatrın xadimələri direktor Səxavət Məmmədovun studiyasında işləyirlər. Halbuki işləməli deyillər. Çünki həmin studiyanın və orada çalışan üç nəfərin teatra heç bir aidiyyatı yoxdur. Sadəcə, direktor başqa yerdə icarə haqqı ödəməmək üçün şəxsi studiyasını teatrın zirzəmisində yerləşdirib".Sözügedən videonu təqdim edirik:Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pia.az