Sabahın hava proqnozu

Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, gündüz cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.pia.az