“Veysəloğlu”dan KİV nümayəndələrinə istirahət ərməğanı

“Veysəloğlu” Şirkətlər Qrupu KİV nümayəndələrinə Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil edib
PİA.AZ xəbər verir ki, “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qrup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil etib. Səfərin zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad və Karamel Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin uğur yolunu əks etdirən Tanıtım filmi göstərilib.Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak edib, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib? onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.  Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər və təşkil edilmiş bu səfər proqramı üçün Şirkət rəhbərliyinə minnətdarlıqlarını elan ediblər.pia.az