Xızı dağlarındakı yanğın söndürüldü

Xızı rayonu, Fındığan kəndində kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə qeydə alınmış yanğın söndürülüb
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə 300 ha sahədə  quru ot və kol-kos yanmışdır.  Yaxınlıqdakı meşə zolağı və  heyvan yataqları yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb.pia.az