23 yaşlı gənc dənizdə batdı

Yayın qızmarında dənizdə sərinlənmək istəyi daha bir nəfərə həyatı bahasına başa gəlib
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Neftçala şəhər sakini, 23 yaşlı Elvin Tarıverdi oğlu Hüseynli Neftçala rayonunun Şirvanlı qəsəbəsi yaxınlığında Xəzər dənizində çimərkən batıb. Hadisə avqustun 1-də günorta saatlarında baş veirb.Mərhumun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.pia.az