Rezidenturaya boş qalan yerlərə qəbul başladı

2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Azvision.az - a verilən xəbərə görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub.Avqustun 3-dən 4-dək Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyində, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və adı qəbul olunanlar siyahısından çıxarılacaq.pia.az