FHN 2 nəfəri ölümdən qurtardı

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.pia.az