Məşhur detektiv yazarı dünyasını dəyişdi

Amerikanın tanınmış detektiv yazarı Enn Rays 83 yaşında dünyasını dəyişib
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yazıçının qızı Lesli anasının ürək çatışmazlığından vəfat etidiyini bildirib. 1931-ci ildə Miçiqanda doğulan Enn Vaşinqton Universitetinin yazıçılıq, psixologiya və krimanilistika üzrə ixtisaslarını bitirib.Məzun olduqdan sonra polis şöbəsində işə başlayan Rays yazıçı kimi karyerasına 1969-cu ildə “True Detective” (“Əsl detektiv”) jurnalında çap olunan məqalələriylə başlayıb. O, 1980-ci ildə yayımladığı “The stranger beside me” (“Məndən başqa qərib”) kitabında 1974-78-ci illərdə 30-dan çox qadını qətlə yetirən və daha sonra elektrikli stula bağlanaraq edam edilən məşhur cani Ted Bandinin həyatını qələmə alıb. Enn 30-dan çox kitabın müəllifidir.pia.az