Neftçala sakinini camış vurub öldürdü

Neftçala rayonunda bədbəxt hadisə baş verib
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, dünən saat 14-15 radələrində Neftçala rayonunun Dördlər kəndindəki balıqçılıq təsərrüfatının gözətçisi Aləddin Fətalı oğlu Zeynalovu camış vuraraq öldürüb.62 yaşlı gözətçi qoruduğu əraziyə girən camış sürüsünü qovlamaq istədikdə heyvanlardan biri bundan qəzəblənərək ona hücum edib və döş qəfəsindən buynuzu ilə vurub. A.Zeynalov aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.pia.az