Rus milyarder Şuşada mətbuat konfransı keçirəcək

5 uşağı və həyat yoldaşı ilə birgə erməni işğalı altındakı Qarabağa köçən qalmaqallı rusiyalı milyarder German Sterliqov iyulun 13-də mətbuat konfransı keçirəcəyini vəd edib
G.Sterliqov bu barədə “Vkontakte” social şəbəkəsindəki hesabından məlumat yayıb.“Bu gün dağdan aşağı enib internetə girdim və dəhşətə gəldim. Üzümüzə gələn bazar ertəsi gününə mətbuat konfransı təyin edirəm. Tədbirin keçiriləcəyi yer: çiçəklənən bağ - Dağlıq Qarabağ, qədim erməni şəhəri Şuşa. Vaxt: günorta. Tədbirin keçiriləcəyi məkanın ünvanı: Kazançetsots küçəsi, 58” - deyə G.Sterliqov yazıb.“Əziz jurnalistlər, ezamiyyət vərəqələrinizi yazdırıb hazırlatdırın. Siz həqiqətləri biləcəksiniz” - deyə biznesmen əlavə edib.Bundan əvvəl isə vəkil Artur Ayrapetov “Kommersant” qəzetinə müsahibəsində G.Sterliqovun Qarabağa getdiyini təsdiqləmişdi. Vəkil bunun səbəbini izah edə bilməsə də söyləmişdi ki, Sterliqov Qarabağa ailəsi ilə birgə köçüb.Azərbaycan XİN isə müvafiq araşdırma aparandan sonra G.Sterliqovu arzuolunmaz şəxslər siyahısına daxil edəcəyi vədini verib. (virtualaz.org)pia.az