Xaçmazda taksi sürücüsü bıçaqlandı

Nabranda tarixçi olmaq istəyən gənc taksi sürücüsünü öldürdü
Gecə törədilən qətlin üstünü polis bir neçə saata aça bilib.Hadisə Nabran qəsəbəsində 1983-cü il təvəllüdlü Famil Fərhad oğlu Məmmədov Qəsəbə ərazisindəki “Dostluq” istirahət mərkəzinin ərazisində bıçaqla qətlə yetirilib.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, adıçəkilən şəxs Nabran ərazisində taksi fəaliyyəti ilə ilə məşğul olub. F.Məmmədov gecə 3-4 radələrində naməlum bir şəxs tərəfindən bıçaqlanıb.Xaçmaz Rayon Polis Şöbəsindən ANS PRESS-in şimal müxbirinə verilən məlumata görə, dərhal əməliyyat axtarış işlərinə başlanıb və saat 06 radələrində hadisəni törətməkdə şübhəli bilinən əslən Biləsuvardan olan, Sumqayıt Dövlət Universiteti “Tarix” fakültəsi 4-cü kurs tələbəsi Ramil Etibar oğlu Abbaslı həbs edilib. Saxlanılan şəxs Xaçmaz Rayon Prokurorluğuna təhvil verilib.İki nəfər arasında baş verən münaqişənin səbəbləri araşdırılır. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.pia.az