Göyçayda yasa gələnlərin maşını kanala düşdü

Göyçayda yas mərasiminə gələnlər qəzaya düşüb
"Report"un xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 200 km-də, rayonun Qarayazı kəndi ərazisində baş verib.Bakı istiqamətində hərəkətdə olan Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Abdinov İsa Abdin oğlunun idarə etdiyi minik maşını yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini - Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu müxtəlif dərəcəli bədən xasarəti alıb. Xəstələr dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.pia.az