Partlayış baş verən zavodun direktoru danışdı

Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb
U.Məmmədov deyib ki, hazırda araşdırma aparılır:- Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.- Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?- Yox, qəsdən ola bilməz.- Partlayış baş vermiş sexdə vəhhabilərin çalışması haqda məlimat var. Bu məlumat nə dərəcədə doğrudur?- Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. Kiçik (5-in 6-ya olan) yerdir.- Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?- Mən özüm qarışıq 19 nəfər, “uqar” tutub bizi. 1 nəfər rəhmətə gedib.- Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?- 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, burda çalışırdı. Allah rəhmət eləsin.- Zavodda, həmin o 3-cü sexdə nə baş verib?- Ancaq yanğın olub, yanğın.- Yanğının səbəbi nədir?- Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.- Sexdə stol, stullar nədən alışıb?- Sonra danışarıq, deyərəm...pia.az