TQDK bu gün imtahanların nəticələrini açıqlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2 iyulda keçirdiyi imtahanların nəticələrini axşam saatlarında açıqlayacaq
 TQDK-dan Modern.az-a verilən məlumata görə, 2 iyul tarixində keçirilmiş imtahanların nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şəxslər iş nömrələrini (şagird kodunu) 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytına daxil olaraq nəticələri ilə tanış ola biləcəklər.pia.az