Ramil Usubovdan jurnalistlərə jest

"Azərbaycanda cinayətkarlıqla mübarizədə, qanunsuzluqların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin dəstəyi böyük rol oynayır"
Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli mərasimdən sonra jurnalistlərlə etdiyi səmimi söhbət zamanı bildirib.KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirən daxili işlər naziri qeyd edib ki, jurnalistlər dövlətçilik naminə polisin işini dəstəklədikdə daha yaxşı nəticələr əldə edilir: "Sizin rolunuzu xüsusi qeyd etmək istəyirəm. Kütləvi informasiya vasitələri bizimlə bir olanda daha yaxşı nəticələr əldə edilir. Ölkəmiz əmin-amanlıq, sabitlik içindədir. Bunun təməlini qoyan ulu öndər Heydər Əliyev olub və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam edir. Belə də olacaq”.(Trend)pia.az