Avropa Oyunlarının gümüş medalçısı əməliyyat olundu

Avropa Oyunlarının gümüş mükafatçısı, cüdoçu Orxan Səfərovun əməliyyatı uğurla keçib
Acıbadem Fulya Sporcu Sağlığı Mərkəzində əməliyyat olunan cüdoçumuz şəxsi “Facebook” səhifəsində fotosunu yayıb. Orxan Səfərov əməliyyatın uğurla keçdiyini bildirib. Qeyd edək ki, Orxan Səfərov iyunun 25-də Avropa Oyunlarının gümüş medalını qazanıb. Final görüşündə Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı Beslan Mudranovla üz-üzə gələn cüdoçumuz qızıl medal şansını son 17 saniyədə itirib. Görüşün sonunda ayağından zədələnən Orxan Səfərov rəqibinə qarşı fənd işlətmək istəyərkən ippona düşüb. Orxan Səfərov həmin görüşdə aldığı zədəsini sağaltmaq üçün Türkiyəyə gedib. Həkimlər əvvəlcə ona bir ilə müalicə olunmaqla tam sağalacağını deyiblər. Daha sonra əməliyyat olunmaq məsləhət görülüb. Orxan Səfərov iki aydan sonra məşqlərə başlayacaq.pia.az