Novruz Məmmədov beynəlxalq QHT-ləri sərt tənqid etdi

“Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirirlər”
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Novruz Məmmədov deyib.O, özünün tvitter səhifəsində beynəlxalq QHT-ləri tənqid atəşinə tutub:“Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur. Dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktorlardan biri də QHT-lərdir. Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər” - deyə Novruz Məmmədov qeyd edib.pia.az