Eynicinslilərin evlənməsinin qanuniləşdirilməsi “Sodom günahı“nın qanuniləşdirilməsi anlamına gəlirmi?

Elşad Miri: “Eynicinslilərin evlənməsi əxlaqsızlıq deyil”
Asim Mollazadə: “Başqa bir şərhə ehtiyac görmürəm”Fazil Mustafa: “Biz çalışmalıyıq ki, öz ölkəmizdə insanları maarrifləndirək və bu istiqamətdə  problemlər yaşanmasın”ABŞ-da eynicinslərin evlənmələrinin leqallaşdırılması ilə bağlı verilən qərar heç də birmənalı qarşılanmayıb. Bəzi ABŞ siyasətçilərinin isə eynicinslərin nikaha girməsinin qanuniləşdirilməsini bütün dünyaya yayacaqları barədə fikirlər səsləndirmələri isə xüsusi narahatlıq yaradıb. Çünki bu hardasa homoseksualizmin təməlinin  demokratik dəyərlərlə eyniləşdirilməsi kimi başa düşülə bilər. Daha çox mühafizəkarlığı ilə seçilən ABŞ kimi dünyanın super dövlətində bu tipli qərarların verilməsi dünyada əxlaqsızlığın leqallaşması anlamına gələ bilərmi və bu qərar "Bibliyada" və "Quran"da göstərilən "Sodom" günahının qanuniləşdirilməsi deyilmi? PİA.AZ-ın əməkdaşı bu sualla bir neçə millət vəkilinə və ilahiyyatçıya müraciət edib. Elşad Miri: “Dövlət bu gün demokratiya  anlayışından istifadə edib, bu qaydanı qəbul edə bilər”ABŞ-da eynicinslərin evlənməsinin heçnəyi dəyişməcəyini bildirən ilahiyyatçı  Elşad Mirinin fikrincə, bu hal yenilik deyil:“ABŞ-da eynicinslərin evlənməsi mövcud olan bir situasiyadır. Yenilik deyil, rəsmiləşdirilməsi də heçnəyi dəyişməyəcək. Sadəcə olaraq onların qeydiyyata alınması məsələsi gündəmə gələcək. “Apple” kimi nəhəng firmanın başında olan Tim Kuk homoseksual olduğunu özü etiraf etdi. Onda belə çıxardı ki, dünyada “Apple” firmasından məhsullar alan insanlar Tim Kuka rəğbət bəsləyib, onların yolunu tutub?! Amma belə bir anlayış olmadı və olmayacaq da. Elə ABŞ-ın özündə söhbət etdiyin insan homoseksual olduğunu özü etiraf edir. Və yaxud da metroda bir oğlan o biri oğlanın əlindən tutur və s. Yəni bunlar ABŞ üçün yeni bir şey deyil. Belə hallar müsəlman ölkələrinə yad olduğu kimi Avropadakı millət vəkilləri Azərbayacan gələndə və biz oturub söhbət edəndə də bu cür situasiyalara etiraz etdiklərini bildirirlər. Lakin biz elə fikirləşirik ki, Avropada hamı buna göz yumur. Dövlət bu gün demokratiya  anlayışından istifadə edib, bu qaydanı qəbul edə bilər amma bu cür məsələlərin dünyada genişlənməsinə təkan verməyəcək. Eynicinslilərin evlənməsi əxlaqsızlıq deyil.  Ona qalsa bu cür əxlaqsızlıq dünyanın bir çox yerlərində mövcuddur. Bu gün “vətəndaş” nikahı deyilən anlayış var ki, bunu müxtəlif formalarda Azərbaycanda da işlətməyə çalışırlar. Bir qadınla bir kişi öz istəyi ilə bir yerdə yaşayır və sonra “zaks”a gedib, qeydiyyatdan keçirlər.Yəni bu özü əxlaqsızlıq deyilmi? Bütün bunların özü də əxlaqsızlıqdır. Əxlaqsızlığı təkcə qadının qadınla, kişinin kişi ilə ailə qurmasında görmək lazım deyil. Əslində bu cəmiyyət cinayətidir, cəmiyyətin bünövrəsini poza biləcək əxlaqsızlıqdır. Ancaq başqa əxlaqsızlıqlarında da davamıdır”Asim Mollazadə: “Hər ölkə öz qərarlarını verib"Deputat Asim Mollazadə ABŞ-n özündə də bu situasiyaya qarşı çıxanların olduğunu bildirir:“Hər ölkə öz qərarlarını verib. ABŞ-ın özündə də eynicinslərin evlənməsinin leqallaşmasına qarşı çıxanlar var. Əslində belə qərarların ştat səviyyəsində qəbul edilməsi ilə bağlı fikirlərin söylənməsi daha düzgün olardı. Ancaq mən başqa bir şərhə ehtiyac görmürəm”.Fazil Mustafa: “Eynicinslərin evlənmələrinin Azərbaycanda təbliğ olunmasına müsbət yanaşmıram”Ölkəmizdə insanların maarrifləndirilməsinin lazımlı olduğunu bildirən deputat Fazil Mustafaeynicinslərin evlənmələrinin əxlaqsızlığı leqallaşdırdığını vurğulayıb:“ABŞ-da eynicinslərin evlənmələrinin leqallaşdırılması ABŞ cəmiyyətinin özünün seçimidir. Düşünürəm ki, Azərbaycan üçün ancaq zərərlidir. Eynicinslərin evlənmələrinin Azərbaycanda təbliğ olunmasına,sistem olaraq  insanların xoş görü ilə qarşılamasına müsbət yanaşmıram. Faktik olaraq, bu halla əxlaqsızlıq leqallaşıb və bu cür tendensiyalar artmaqdadır. Biz çalışmalıyıq ki, öz ölkəmizdə insanları maarrifləndirək və bu istiqamətdə  problemlər yaşanmasın”Gülşən ŞƏRİFpia.az