Səyavuş Aslanın ölümündən 2 il ötür

Bu gün xalq artisti Səyavuş Aslanın ölümündən iki il ötür
2 il öncə yaşadığı evdə sənətkarın halı pisləşib və o, uzun illər əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.  Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Sənətkar aktyor kimi fəaliyyətinə dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb. O, 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb. Qeyd edək ki, ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.(lent.az) pia.az