Bakı şəhərində 36 yaşlı kişi itkin düşüb

Bakı şəhərində 36 yaşlı kişi itkin düşüb
APA-nın məlumatına görə, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Səlimə Yusubova polisə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhun Sadıq oğlu Yusubov onu  iyunun 16-da Bakı Beynəlxalq Avtovağzalından yola saldıqdan sonra itkin düşüb. Hazırda polis ərizə üzrə əməliyyat axtarış tədbirlərini davam etdirir. pia.az