ABŞ səfirliyindən Cəmil Həsənliyə tapşırıq verilib

Milli Şuranın sədri Cəmil Həsənli mayın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyində olub
Veteninfo.az saytının müxalifətdəki mənbələrdən əldə etdiyi məlumata görə, səfir Robert Sekuta ilə bir neçə dəqiqə ayaqüstü söhbət edən C.Həsənli sonradan səfirliyin məsul işçiləri ilə 2 saat müzakirə aparıb.Mənbə bildirib ki, mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib. Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək göstərişi verilib.C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir. Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var.Mənbə əlavə edib ki, uzun-uzadı müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.pia.az